qurutma prossesi

ру сушильный процесс en drying process de Trocknungsprozeß fr processus de séchage es procedimiento de secado it procedimento d'essiccamento
qurutma otağı
qurutma sürəti
OBASTAN VİKİ
İslam tarixçiliyinin təşəkkül prossesi
İslam tarixçiliyinin təşəkkül prosesi — İslam tarixinin təşəkkülü, Quranın nazil olması və hədislərin tərtibinin yanında, müxtəlif İslam elmlərinin yazılışı ilə birlikdə başlayır. Həqiqətən müsəlmanlar, tarix elminin ilk qurucuları olmamaqla birlikdə, fikri tərəfdən tarixçiliyin liderlərindəndirlər. İslam tarixi, Mədəniyyət tarixi, Dinlər və Məzhəblər tarixi, Təfsir tarixi, Düşüncə tarixi və Sənət tarixi kimi tarix elmləri vasitəsilə tarixçiliyin inkişafında və təkmilləşməsində mühüm rol oynadılar. İslam peyğəmbəri Məhəmməd Miladi 570 və ya 571-ci ildə, o vaxtlar "Ümmül-Qura (kəndlərin beşiyi) deyə adlandırılan Məkkədə doğuldu. Məkkə əlbəttə Allahın yerüzündəki mələklərinin paytaxtı, inananların dəstə-dəstə ziyarətə gəldikləri, həcc etdikləri Allahın Beytinin, müsəlmanların qibləgahının yerləşdiyi yer olması səbəbi ilə belə adlandırılmışdır. Miladi tarixlə 610-cu ildə Məkkədə, oxumağı əmredən və kəlamı tərifləyən ilk vəhylə "İslam Çağrısı", Hz. Muhamməd (s.ə.a.s) in Peyğəmbərliyi dövrü başlandı. Hər tərəfdən cahilliyə qarşı olan İslam Çağrısı yer üzərində ən böyük inqilabdır. İslam inqilabın qaynağı olan Quran, ancaq İslam əqaid və ibadət əsaslarını ortaya qoymaqla qalmadı, ümumi olaraq bəşər tarixindən dəlillər gətirdi; bu doğrulama və şahidləndirmə hadisəsində yaradılış, dinlər, hökmdarlar, nəbilər və əvvəlki qövmlərin qissələri, bir-biriləri ilə olan əlaqələri yer aldı. Quran təməldə İslam təlimindən bəhs edərkən, əvvəlki millətlərin və hökmdarların inanc, əxlaq, sosyal və ekonomik vəziyyətləri haqqında məlumat verdi, daha sonra araşdırmasını kainatın əhvalı ilə doğrudan əlaqəli olaraq müxtəlif insan qruplarının öz ölkələrindəki vəziyyətləri üzərində sıxlaşdırdı.